6 C
Baku
Thursday, February 12, 2026

Qlobal şəkər qiymətləri arıqlama dərmanlarının populyarlığı səbəbindən kəskin düşüb

Londonun ICE birjasında xam şəkər üzrə fyuçerslərin qiyməti bir funt üçün 0,14 dollara qədər enib. Bu, 2020-ci ilin oktyabrından bəri ən aşağı səviyyədir. Dinamika arıqlama preparatlarının populyarlığının artması ilə bağlıdır, bu barədə analitiklərə istinadən “Financial Times” yazır.

Söhbət toxluq hissi yaradan GLP-1 inyeksiyalarından gedir. Bu maddə “Ozempic” və “Wegovy” preparatlarının istehsalçısı “Novo Nordisk”, həmçinin “Mounjaro” və “Zepbound” preparatlarını istehsal edən “Eli Lilly” tərəfindən istifadə olunur. FT yazır ki, bu preparatlar xüsusilə ABŞ-də geniş yayılıb.

Britaniyanın maliyyə şirkəti “Marex” bildirib: “İstehlakın azalması, daha doğrusu, bu azalmanın sürəti şəkər sənayesini hazırlıqsız yaxalayıb. Analitiklərin sözlərinə görə, şəkər bazarları istehlakçı davranışındakı dəyişikliklərə xüsusilə həssasdır, çünki tələbat nisbətən kiçik bir istehlakçı qrupunda cəmlənib.

Bununla belə, dünyada şəkər istehsalı yüksək səviyyədə qalır, o cümlədən Braziliya və Hindistanda. Heç bir iri istehsalçı hələlik istehsalın kəskin azaldığını açıqlamayıb. “Marex” ekspertləri əlavə ediblər ki, şəkər qamışı becərilməsi böyük investisiya tələb edir və uzun əkin dövrlərini əhatə edir. Bir çox fermer isə qiymət dalğalanmalarından dövlət dəstəyi sayəsində qorunur.

Son xəbərlər
Digər xəbərlər