10 C
Baku
Thursday, April 17, 2025

Qlobal şərab istehsalı 1961-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

2024-cü ildə dünya şərab istehsalı 226 milyon hektolitre düşərək 1961-ci ildən bəri ən aşağı səviyyədir.

Bunu Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) baş direktoru Con Barker keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə qlobal şərab istehsalı il ərzində 4,8% azalıb:

“Bu azalma əsasən istilik və quraqlıq kimi ekstremal ekoloji şərait, həmçinin şimal və cənub yarımkürəsinin əsas şərabçılıq rayonlarında gözlənilməz hava hadisələri ilə əlaqədardır. Bəzi bölgələrdəki aşağı istehsal istehlak səviyyəsinin zəif olduğu bazardakı dəyişiklikləri əks etdirir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər