15 C
Baku
Tuesday, November 19, 2024

Qlobal sığorta sənayesi 5.6 trln. avronu ötüb

2022-ci ildə dünyada həyat, sağlamlıq, əmlak və bədbəxt hadisələr (P&C) üzrə sığorta yığımları 5.6 trilyon avrodan çox olub. Bununla qlobal sığortaçılar yeni rekorda imza atıblar.

Bu barədə Almaniyanın sığorta nəhəngi “Allianz”ın hazırladığı “Global Sığorta Hesabatı”nda bildirilib. Hesabata görə, sığorta yığımlarının həcmi 2021-ci illə müqayisədə 4.9% çoxdur. Həyat sığortası sahəsində 2022-ci ildə mükafat artımı 2.4% (2.6 trilyon avroya qədər), tibbi sığorta – 4.9% (1,1 trilyon avroya qədər), bədbəxt hadisələrdən sığorta üzrə – 8.7% (1.8 trilyon avroya qədər) təşkil edib. Hər üç seqmentdə canlanma əsasən ABŞ-da müşahidə edilib. Qərbi Avropa və Asiyanın bir çox ölkələrində “həyat sığortası bazarının dinamikası məyusedici olub”, hesabatda deyilir.

Allianz növbəti onillikdə qlobal sığorta haqlarının orta hesabla ildə 5.2%, o cümlədən həyat sığortası seqmentində 4.7%, tibbi sığortada 6.7%, P&C-də 5% artacağını proqnozlaşdırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər