28 C
Baku
Saturday, July 27, 2024

Qlobal şirkətlər dividendlərin ödənilməsi üzrə yeni rekorda imza atıblar

Dünyanın ən böyük şirkətləri bu ilin ikinci rübündə dividend ödəmək üçün 568.1 milyard dollar ayırıblar. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.9% çoxdur və ümumilikdə qlobal biznes üçün yeni rekorddur. Əvvəlki rekord 2023-cü ilin birinci rübündə qeydə alınıb. Beləliklə, ödənişlərin həcmi 326.7 milyard dollar təşkil edib.

“Janus Henderson”un məlumatına görə, dividendlərin ödənilməsində ən fəal olanlar Qərb bankları və maliyyə şirkətləridir. Bank sektorunda dividendlərin artımı 19.7% təşkil edərək 85.3 milyard dollar olub. Nəticədə banklar ödənişlərin ümumi artımının yarıdan çoxunu təmin ediblər. Bank sektorunu neft şirkətləri izləyir, onların gəlirləri keçən illə müqayisədə ikinci rübdə çöksə də, hələ də 2021-ci ilin səviyyəsindən yüksəkdir.

Ümumilikdə, ikinci rübdə “Janus Henderson” İndeksinə daxil olan şirkətlərin 88%-i ya planlaşdırılan dividend ödənişlərini artırıb, ya da onları eyni səviyyədə saxlayıb. İkinci rübdə qlobal dividend qazanan ilk 10 şirkət sırasına “Nestle”, “HSBC”, “Mercedes-Benz”, “China Mobile”, “Bayerische Motoren Werke”, “BNP Paribas”, “Microsoft”, “Allianz”, “Sanofi” və “Axa” daxildir. Onlar birlikdə səhmdarlara 57.5 ​​milyard dollar ödəyiblər ki, bu da rüb üçün qlobal dividendlərin 10%-dən çoxunu təşkil edir.

Son xəbərlər
Digər xəbərlər