7 C
Baku
Thursday, December 12, 2024

“Qlobal tələbatın zəifləməsi və ticarətdə gərginliklərin davam etməsi AİB-nin tempini zəiflədir”

İnkişafda olan Asiya ölkələrinin əksəriyyətində artım meyilləri güclü olaraq qalmaqdadır, lakin Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına əsasən, qlobal tələbatın zəifləməsi və ticarətdə gərginliklərin davam etməsi fonunda, cari və növbəti ildə tempinin zəifləyəcəyi proqnozlaşdırılır.

AİB-in iqtisadi məsələlər üzrə əsas nəşri olan “Asiyanın İnkişaf Perspektivləri” (AİP) adlı hesabatının 2019-cu il üzrə buraxılışında regiondakı artım tempinin 2019-cu ildə 5.7%-dək, 2020-ci ildə isə 5.6%-dək zəifləyəcəyi proqnozlaşdırılır. Müqayisə üçün, 2018-ci ildə inkişaf edən Asiyada artım tempi 5.9% təşkil etmişdir. Çinin Honkonqu, Koreya Respublikası, Sinqapur və Çinin Taipeyi kimi təzəlikcə inkişaf etmiş ölkələr sırasına daxil olmuş dövlətlər istisna olmaqla, inkişaf edən Asiyada 2019-cu ildə genişlənmə tempinin 6.2%, 2020-ci ildə isə, azacıq zəifləyərək, 6.1% təşkil edəcəyi ehtimal olunur. 2018-ci ildə artım tempi 6.4% təşkil etmişdir.

AİB-in Baş İqtisadçısı cənab Yasuyuki Savadanın dediyinə görə, “Regionun əksər ölkələrində daxili istehlakın güclü olaraq qalması və ya hətta genişlənməsi fonunda ümumiyyətlə artım tempi qənaətbəxşdir ki, bu da ixracatın zəifləməsinin mənfi təsirini azaldır. İnkişaf perspektivlərinə təsir göstərən risk və təhdidlər yenə yüksək olaraq qalırlar.”

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin Xalq Respublikası (ÇXR) arasındakı ticarət münaqişəsi qlobal ticarətdə qeyri-müəyyənliliyin hökm sürməsinə şərait yaratmaqla tərəflər arasında danışıqların uğursuzluğu fonunda regionun iqtisadi inkişaf perspektivləri üçün yenə də əsas təhdid olaraq qalır. Digər risklərə inkişaf etmiş ölkələrdə və ÇXR-də sürətli zəifləmə, habelə maliyyə volatilliyi daxildir.

ABŞ-da fiskal və monetar şəraitin sərtləşdirilməsi, Böyük Britaniyanın Aİ-dən nizamsız çıxışının perspektivləri və ABŞ ilə ÇXR arasındakı ticarət münaqişəsi fonunda, AİB ABŞ-ın, Avropa İttifaqının (Aİ) və Yaponiyanın iqtisadiyyatlarında məcmu artımın cari ildə 1.9%, 2020-ci ildə isə 1.6% səviyyəsinədək zəifləyəcəyini proqnozlaşdırır.

ÇXR hökumətinin maliyyə risklərini idarə etməyə cəhd atdığı bir şəraitdə iqtisadiyyatının sənayedən daha çox xidmət sahələrinə, eləcə də maliyyə siyasətinin sərtləşdirilməsinə dorğu irəliləməsi nəticəsində iqtisadi artım tempinin 2018-ci ildəki 6.6%-dən 2019-cu ildə 6.3%-dək, 2020-ci ildə isə 6.1%-dək zəifləyəcəyi ehtimal olunur. ÇXR-in iqtisadiyyatı yetişdikcə iqtisadiyyatın aşağı templə artacağı gözlənilir.

Hindistanda isə, əksinə, istehlakın güclənməsi sayəsində iqtisadi artım tempi 2018-ci ildəki 7.0%-dən 2019-cu ildə 7.2%-dək, 2020-ci ildə isə 7.3%-dək yüksələcəyi gözlənilir. Eyni zamanda, faiz dərəcələrinin endirilməsi və fermer təsərrüfatlarına gəlir dəstəyi daxili tələbatın güclənməsinə gətirib çıxaracaqdır. Ümumiyyətlə, Cənubi Asiyanın digər alt-regionları iqtisadi göstəricilər baxımından üstələcəyi və cari ildə 6.8%, növbəti ildə isə 6.9% səviyyəsində qərarlaşacağı gözlənilir.

Sakit Okean alt-regionunun ən böyük iqtisadiyyatı olan Papua Yeni Gvineyada 2018-ci ildəki zəlzələdən sonra mayeləşdirilmiş təbii qaz istehsalının tam gücünə qayıdacağı ilə əlaqədar olaraq bu alt-regionda da artım tempinin 2018-ci ildəki 0.9%-dən 2019-cu ildə 3.5%-dək yüksələcəyi gözlənilir. 2020-ci ildə artım tempinin 3.2% təşkil edəcəyi proqnozlaşdırılır.

Neft qiymətlərinin enməsi, o cümlədən Rusiya Federasiyasında artım tempinin zəifləməsi, Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatına mənfi təsir göstərəcəkdir. Bu alt-regionda artım tempinin cari ildə və 2020-ci ildə 4.2%-dək zəifləyəcəyi proqnozlaşdırılır.

İnflyasiya dərəcəsi aşağı səviyyəd qalmaqdadır. Hesabata əsasən, qida və yanacaq məhsullarına sabit qiymətlər sayəsində həm 2019, həm 2020-ci illərdə baza inflyasiyasının 2.5% səviyyəsində qərarlaşacağı proqnozlaşdırılır.

Baxmayaraq ki, Asiyanın inkişaf edən ölkələrinin milli valyutaları 2018-ci ilin sonunda bir qədər möhkəmlənmişdi, AİP ilə əlaqədar aparılmış təhlillər göstərir ki, məzənnə volatilliyi problemlərin yaranmasına gətirib çıxara bilər, əlaxsus ABŞ dolları ilə ifadə edilmiş borca arxalanan dövlətlər üçün. Xarici borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı şərtlərin sərtləşdirilməsinin öhdəsindən münasib monetar və makroprudensial siyasətlərin yürüdülməsi, regional səviyyədə dialoqun qurulması, habelə daxili kapital bazarlarının dərinləşdirilməsi yolu ilə gəlmək mümkün olardı.

AİB Asiya və Sakit Okean regionunun rifahlı, inklüziv, güclü və dayanıqlı olmasına, eləcə də yoxsulluğun aradan qaldırılmasına səylərindən əsirgəməyəcəkdir. 2018-ci ildə Bank üzərinə cəmi məbləği 21.6 milyard dollar təşkil edən yeni kredit və qrant vəsaitlərinin ayrılmasına öhdəçilik götürmüşdür. 1966-cı ildə yaradılmış AİB 49-u bu regiondan olan cəmi 68 iştirakçı dövlətə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər