Qlobal texnologiya kompaniyaları 2023-cü ilin ilk həftələrində 25 mindən çox əməkdaşını işdən çıxarıb.
Cari il texnologiya sektorunda ixtisarların sayına görə 2022-ci ili geridə qoya bilər. Belə ki, artıq dünyanın 101 kompaniyası ümumilikdə 25 min 436 əməkdaşını ixtisar edib.
Portalın məlumatına görə, ötən il dünyanın 1024 kompaniyası ümumilikdə 154 min 336 əməkdaşını işdən çıxarıb. Eyni zamanda, yaxın vaxtlarda yeni ixtisar dalğasının başlanacağı gözlənilir.
ABŞ mediası xəbər verib ki, “Microsoft” kompaniyası əməkdaşlarının təxminən 5 faizini, yəni 10 mindən çox insanı işdən çıxarmağı düşünür. Birləşmiş Ştatların online pərakəndə satış kompaniyası “Amazon.com Inc” isə 18 mindən çox iş yerini ixtisar edəcəyini açıqlayıb.