22 C
Baku
Friday, April 19, 2024

Qlobal ticarət depressiya səviyyəsinə düşür

ABŞ və Çin arasındakı ticarət müharibəsinin kəskinləşməsi ilə əlaqədar olaraq, investorlar dünya ticarətinin azalmasına yenidən tərs-tərs baxmağa başlayırlar. Bloomberg qeyd edir ki, bu, dünya iqtisadiyyatının artımını yaxın onillikdə təxirə sala bilər. Bundan əlavə, bəziləri hesab edirlər ki, sonda bu münaqişə ümumiyyətlə nəzarətdən çıxacaq.

Banker.az xəbər verir ki, “Dünya iqtisadiyyatındakı vəziyyət bir qədər yaxşılaşmışdır, hal-hazırda ABŞ və Çin arasındakı ticarət gərginliyi vəziyyətin yenidən pisləşməsinə gətirib çıxara biləcək əsas səbəblərdən biridir”, –  “Morgan Stanley”-in baş iqtisadçısı Chetan Ahya bu məsələyə şərh verir.

Əlbəttə ki, ticarət müharibəsinin əvvəlki raundları da qlobal artım və ticarət sahələrinə öz təsirini göstərib. Son statistik göstəricilər sənaye istehsalı, pərakəndə satış və investisiyaların aprel ayında iqtisadçıların pronozlaşdırdığından daha çox düşdüyünü göstərirlər. 

Analoji pisləşmə ABŞ-da da müşahidə olunub, burada pərakəndə satışların və sənaye istehsalının demək olar ki, üç dəfə düşdüyünü görə bilərik. Avropaya gələndə isə Bloomberg qeyd edir ki, Almaniyanın iqtisadiyyatı durğunluqdan çıxıb və cari ilin birinci rübündə 0,4% artacaqdır. Buna baxmayaraq, istehsalın aşağı düşməsi ilə əlaqədar olaraq, bu perspektivlər o qədərdə stabil deyil. 

“Bloomberg Economics”-in hesablamalarına görə, qlobal iqtisadi fəaliyyətin təxminən 1% təhlükə altındadır. Bu, ABŞ və Çin arasında satılıb-alınan mal və xidmətlərə aiddir. Çin istehsalının təxminən 4%-i ABŞ-a ixrac edilir, bu səbəbdən onun istehsalçılarına dəyən zərbə bütün təchizat zəncirlərinə təsir göstərəcək.

ABŞ Çinə daha az mal göndərir, lakin ABŞ-ın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının 5,1%-i,  sənaye mallarının isə 3,3% -i ÇXR-in payına düşür.

Proqnozları yenidən nəzərdə keçirərək, müxtəlif sektorlarda fəaliyyət göstərən istehsal nəhəngləri öz narahatlıqlarını bildirirlər. İtalyan ayaqqabı istehsalçısı “Davide Campari-Milano”, bu ay “qeyri-müəyyən geosiyasi vəziyyət” fikrini ortaya salaraq, “Intel” səhmlərinin düşməsinə səbəb olmuşdur.

“Bir müddət ərzində dünya iqtisadiyyatı əhəmiyyətli dərəcədə yavaşladı. Bu gün də insanlar ayılaraq, yenilənmiş ticarət məlumatlarına nəzər yetirməlidirlər”, – “CCLA Investment Management” şirkətinin nümayəndəsi Ceyms Bevan qeyd edir.

Qlobal ticarət dövriyyəsinə və bütövlükdə qlobal iqtisadiyyata olan təhlükənin şiddəti, Kanadanın “Bank of Montreal” bankında çalışan Jan Lüngernin hazırladığı diaqramında qrafik olaraq təsvir edilmişdir.

Yəni, ABŞ və ÇXR arasındakı ticarət münaqişəsinin kəskinləşməsindən əvvəl də dünya ticarəti depressiya səviyyəsinə düşmüşdür. Belə bir vəziyyət son dəfə maliyyə böhranı zamanı müşahidə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər