11 C
Baku
Sunday, November 17, 2024

Qlobal yaşıl enerji potensialı 50% artıb

2023-cü ilin sonunda bərpa olunan enerji mənbələrinin qlobal gücü 50 faiz artaraq son 20 ildə rekord həddə çatıb.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bərpa olunan enerji potensialının illik artımı demək olar ki, 510 giqavat olub və bu da son 22 ildə ən sürətli artım tempidir.

Bərpa olunan enerji mənbələrində rekord artım əsasən Çin tərəfindən təmin edilib. Orada öncəki illə müqayisədə 66 faiz daha çox külək generatoru və 116 faiz daha çox günəş qurğusu istismara verilib.

Növbəti beş il ərzində dünyada 3700 giqavatlıq yeni bərpa olunan enerji gücü istifadəyə veriləcək. Bərpa olunan enerji istehsalının intensiv artımı 130-dan çox ölkədə həmin sektora geniş siyasi dəstəklə bağlıdır.

Proqnozlara görə, 2024-cü ildə külək və günəş generatorları su elektrik stansiyalarından daha çox enerjisi istehsal edəcək. 2025-ci ildə bərpa olunan enerji potensialı kömür generasiyasını ötəcək. Külək elektrik stansiyaları isə 2025-ci ildə istehsala görə atom elektrik stansiyalarını, 2026-cı ildə isə günəş elektrik stansiyalarını geridə qoyacaq. 2028-ci ildə bərpa olunan enerji mənbələri qlobal elektrik enerjisi istehsalının 42 faizdən çoxunu təşkil edəcək.

2028-ci ilin sonunadək dünyada qurulacaq yeni “yaşıl” enerji qurğularının 60 faizinin Çində yerləşdiriləcəyi gözlənilir. ÇXR Avropa İttifaqından dörd dəfə, ABŞ-dan isə beş dəfə daha çox bərpa olunan enerji istehsal etmək niyyətindədir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər