Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küç., ev 36 ünvanında yerləşən, fiziki şəxs Həsənov Müşfiq Arif oğluna məxsus “Qoç Ət” restoranında nöqsanlar aşkar edib.
Banker.az xəbər verir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.