9 C
Baku
Wednesday, December 25, 2024

İcra başçısı vəfat etdi

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib.

Bu ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Bu il il iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər