11 C
Baku
Monday, November 25, 2024

Qod Nisanov – Azərbaycan əsilli biznesmen

Təvəllüd: 24.04.1972-ci il
Anadan olduğu yer: Quba, Azərbaycan
Vətəndaşlığı: Azərbaycan

Qod Nisanov iş adamı, «Kiyev meydanı» şirkətinin və «Saffa İnstruments» Açıq Səhmdarlıq Cəmiyyətinin idarə heyətinin sədridir.

Qod Nisanov 1972-ci ilin 24 noyabrında Azərbaycanın Quba şəhərində şəhər yəhudilərinin ailəsində anadan olub. Onun atası konserv zavodunun direktoru alıb.

Qod ilk olaraq maliyyə-kredit kollecini bitirib, daha sonra isə o, təhsilini Bakıda yerləşən hüquq institutunda davam etdirib. Yalnız təhsilini bitirəndən sonra Qod ailəsinin əlaqələri sayəsində neft binesinə daxil ola bilir. O zaman o, Azərbaycan neftinin nəqli ilə məşğul idi və satışların müəyyən bir qisminə nəzarət edirdi.

1990-cı ildən etibarən Qod Nisanov Moskvada biznes ilə məşğul olmağa başlayır. O, AST Telman İsmayılovun heyətində çalışıb. 1992-ci ildə öz yerlisi Zarah Əliyevə pərakəndə ticarətdə yardım edir. Zarah Əliyev ilə Qod Qubada  uşaqlıqdan tanış idilər.

2000- 2005-ci illərdə almazların emalı üzrə MMC «Daymond katters» şirkətində çalışıb.

2001-ci ildə tərəfdaşlar Lyublinoda «Moskva» adlı ticari yarmarka kompleksini açırlar.

2005-ci ildə Zarah Əliyevə və Qod Nisanova məxsus olan şirkət Moskva hökuməti tərəfindən keçirilən auksionda «Ukraina» mehmanxanasını alır.

2006-ci ildə Kiyev vağzalının yaxınlığında «Avropa» ticarət kompleksi açılır.

2007-ci ildə Dövlət Dumasının millət vəkili vəzifəsinə namizəd olmuşdu.

2009-cu ildə Moskva höküməti Çerkizovski bazarını bağlayır.

Ailəsi

Evlidir, üç övladı var.

Mülkiyyəti

KİM-in verdiyi məlumatlara görə Qod Nisanov «Avropa» və «Kiyev meydanı» kimi ticarə və əyləncə mərkəzlərinin, «Qrand» mebel mərkəzinin, «Moskva» ticari yarmarkasının, «ukraina» mehmanxanasının və Çerkizovski bazarının sahiblərindən biridir.

Maraqlı faktlar

Yuriy Lujkovun Moskvanın meri vəzifəsindən istefa etməmişdən əvvəl imzaladığı ən son sənədlərdən biri bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi haqqında plan olub. Bu plana Kiyev vağzalının yaxınlığında yerləşən «Redisson SAS Slavyanskaya» mehmanxanasında şəhərin 50% payı da daxil idi.

Bu otelin digər 50% səhmləri isə 2008-ci ildən etibarən Qod Nisanovun və Zarah Əliyevin nəzərət etdiyi struktura məxsusdur. O zaman şəhər hökuməti keçmiş sahibin Moskvanın hökumətinə onun payını almağı təklif etmədiyi üçün sövdələşməyə etiraz etmək istəyirlər. Lakin bu iş irəliləmir. 2009-cu ilin sonundan etibarən Qod Nisanov press xidmət vasitəsi ilə “Radisson SAS Slavyanskaya” tamamilə almaq istədiyini və onun daha sonra yenidənqurulması haqqında, lakin bu planlara Yuri Lujkovun istefasının maneə olacağı haqqında bəyan edir.

Son xəbərlər
Digər xəbərlər