7 C
Baku
Saturday, December 28, 2024

“Qoltuq ağacı”-ndan uğurlu biznes yaradan şəxs kimdir?

Laurie Johnson öz şəxsi faciəsinin fonunda belə qeyri-adi qoltuq ağacı yaratmaq qərarına gəlir. 2002-ci ilin avqust ayında içərisində onun həyat yoldaşı və oğlunun olduğu təyyarə qəzaya uğrayır. Təəssüflər olsun ki, bu qəzadan yalnızca Laurie sağ olaraq çıxır. Lakin buna baxmayaraq, ayağında yaranan ciddi sınmadan sonra o şikəst qalır. Ardı-arası kəsilməyən cərrahi müdaxilələrə baxmayaraq həkimlər onu tam olaraq ayağa qaldıra bilmir və Johnson heç də rahat olmayan, əlləri çox pis ağrıdan qoltuq ağacından istifadə etməli olur. Laurie bir qədər özünə gəldikdən sonra öz qoltuq ağaclarına boya sayəsində bir qədər rəng qatmaq və müəyyən dəyişiklik etmək qərarına gəlir.

İdeya o qədər uğurlu alınır ki, bir çoxları ondan belə bir qoltuq ağacını haradan aldığını soruşmağa başlayır. Çoxsaylı müraciətlərdən sonra Johnson özünün şəxsi qoltuq ağaclarının dizaynı və digər ortopedik məhsullar istehsal edən biznesini yaratmaq qərarına gəlir. “Lemon Aid Crutches” ortopedik məhsulları ilk olaraq yaxşı boya ilə rənglənir, daha sonra isə parlaq parça ilə üzəri işlənilir. Laurie öz yaratdığı məhsulların onun üzündə təbəssüm yaratdığını və onu depressiyadan ayırdığını dilə gətirmişdi. Ailəsini itirmiş bu qadın özündə güc toplayaraq şəxsi biznes yaratmaqdan əlavə, “Step With Hope” adlı xeyriyyə şirkətini də yaratmışdı. O bu şirkət sayəsində öz taleyinə oxşar hadisələr yaşamış insanlara yardım edir.

Xeyriyyə təşkilatı qoltuq ağaclarının satışlarından gələn gəlirin 50%-ni qəbul edir. “Lemon Aid Crutches” məhsulları yüksək keyfiyyətli aliminumdan hazırlanır və 3 ölçüdə – kiçik, orta və hündür mövcuddur.

Son xəbərlər
Digər xəbərlər