Qondarma Dağlıq Qarabağın “Müdafiə naziri” Cəlal Arutyunyan döyüşlərdə yaralanıb.
Bu barədə separatçı rejimin sözdə Prezidenti Arayik Arutyunyan öz feysbuk hesabında məlumat verib.
O, “general-leytenant” Mikael Arzumanyanı bu vəzifəyə təyin etdiyini bildirib.
Separatçı rejimin “başçı”sı Cəlal Arutyunyanın vəzifədən çıxarılmasına döyüşlərdə yaralanması səbəbindən qərar verildiyini qeyd edib.