Qarabağdakı qondarma rejiminin keçmiş “xarici işlər naziri” David Babayan sosial şəbəkələrdə açıqlama verərək Azərbaycan tərəfinin tələbi ilə araşdırma üçün könüllü təslim olmaq qərarı verdiyini bildirib.
O, bu gün Şuşaya gedəcəyini qeyd edib.
“Mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün Bakıya gəlməyimi tələb edib. Bu gün Xankəndidən Şuşaya getmək qərarına gəldim”, – o yazıb.