9 C
Baku
Thursday, December 12, 2024

Qonşu ölkənin xarici ticarət dövriyyəsi 16 %-dən çox azalıb

Bu ilin yanvar ayında Gürcüstan xarici ölkələrlə 763,9 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 16,3% azdır.

Ötən ay qonşu ölkə 224,4 milyon dollar dəyərində məhsul ixrac edib, 539,4 milyon dollar dəyərində isə məhsul idxal edib. Bunlar isə illik müqayisədə 16,2 % və 16,4% azdır.

Nəticədə xarici ticarətdə 315 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,2%-dir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər