21 C
Baku
Tuesday, October 8, 2024

Qorxu bilməyən insan

Castin Faynşteyn SM kodlu bir qadını qorxutmaq üçün əlindən gələni edirdi. O, ona qorxulu filmlər göstərmişdi, ekzotik heyvanların mağazasına aparır, lakin hər şey faydasız idi. Həmin mağazada qadın ilanla oynayır, onun dilinə əl vurur.

O zaman cənab Faynşteyn qadını tərk edilmiş vərəm sanatoriyasına aparır. Bu sanatoriyanı “dünyanın ən qorxulu evi” adlandırırlar. Attraksion əməkdaşları burada qəribə musiqi və qorxulu səsləri işə salmışdılar, aktyorlar isə ölüləri, caniləri, qülyəbaniləri və ruhları canlandırırdılar. Digər turistlər qorxudan qışqırırdılar, qadın isə ürəkdən gülürdü.

Cənab Faynşteyn, Kaliforniya texnoloji universitetinin neyropsixoloqu, bu numünə üzərində insan beynində qorxunun necə yarandığını öyrənmək istəyirdi.

1980-ci illərin ortasında SM Avoya ştatından nevroloq Deniel Trenel laboratoriyasına gəlir. Ona “Urbax-Vite” diaqnozunu qoymuşdular. Bu nadir rast gəlinən genetik bir xəstəlikdir. Simptomlarına – dəri xəsarətləri və beyində kalsium yığılması aiddir. SM-də beynin bir bölgəsi xəsarət almışdı. Və o gündən etibarən SM alimlərin diqqətini cəlb etmişdi.

Həmin bölgə emosiyaların yaranmasına cavabdehdir. Lakin alimlər qorxu hissini yaranması üçün bu bölgənin nə qədər gərəkli olduğunu təyin edə bilməyiblər.

Lakin SM-də yalnız qorxu hissi itmişdi, digər bütün emosiyalar fəaliyyət göstərməyə davam edirdilər.

Həmçinin SM-in qorxu ifadə edən üz simalarını müəyyən edə bilməməyi də aşkarlanmışdı. O, sevinc və üzüntünü görür, lakin qorxunu təyin edə bilmir. Alimlər belə bir sınaq keçirdirlər: 40 santimetrlik bir məsafədən ekranda üzlərində qəzəb və qorxu hissləri olan, həmçinin heç nə ifadə etməyən simalar əks olunurdu. SM-dən qəzəb yox, qorxu ifadə edən simalar gördükdə cəld düyməyə basmaq tələb olunurdu. O, eyni ilə başqaları kimi bu tapşırığın öhdəsindən gəlir. Lakin ona fikirləşmək üçün vaxt məhdudiyyəti qoyulmadığından, SM səhv etməyə başlayır.

Lakin cənab Kennedi bu məsələni bir az da dərindən araşdıraraq problemin beynin baxışları yönəltməsində olduğunu aşkarlamışdı. SM üzlərində qorxu olan insanların gözlərinə baxmır. Alimlər elə bir şərait yaradırlar ki, SM insanların gözlərinə baxmaya bilməzdi. Və beləliklə, o, üzlərində qorxu əks olunan insanları müəyyən edə bilirdi.

Beləliklə, SM-in xəsarət almış beyin bölgəsi sadəcə olaraq “təhlükə detektoru” deyildi. Təhlükə, yəqin ki, beynin digər bölgələri tərəfindən qeydə alınır. SM-in xəsarət almış bölgəsi isə təhlükə haqqında məlumatın toplanmasında onun diqqətini cəlb edə bilmədiyi üçün, onda qorxu hissi yox idi. Lakin cənab Faynşteyn bu nəzəriyyəni dağıdır. O, nəhayət ki, yazıq qadını qorxudur.

Tədqiqatların birində o, SM-ə maska verir. Maskalar 35%-lik karbon qazı ilə təchiz olunurdular. Əksər sağlam insanlar bu maskanı taxdıqda boğulmağa başlayır, onların ürəkləri daha tez döyünür, onlar tərləyirlər, başları ağrayır. Bir çox insanlar isə hətta huşunu itirirlər.

Qəribə olsa da, SM də panikaya düşür. O, əlləri ilə çırpınaraq maskaya işarə edib: “Kömək edin”, – deyə qışqırır. Maskanı çıxartdıqdan sonra o, nə baş verdiyini başa düşmədiyi üçün panikaya düşdüyünü demişdi. Xəstələndiyi zamandan bəri o, ilk dəfə idi ki, panikaya düşmüşdü.

Bu tədqiqatdan sonra alim nə nəticə çıxaracağını bilmirdi.

Nəhayət alim daxildən çıxan təhlükələri (astma, ürək dayanması) beyinin başqa cür qəbul etdiyi nəticəsinə gəlmişdi.

Son xəbərlər
Digər xəbərlər