10 C
Baku
Thursday, December 12, 2024

Qorxu hissini necə söndürmək olar?

Nəhayət ki, tədqiqatçılar narahatlıq hissinin yaranmasına səbəb olan siqnal mexanizmini müəyyən edə bilmişlər. Bununla da alimlər hazırda bu mexanizmə təsir edə və bu narahatlığı artırıb-azalda bilərlər. Düzdür, bu hazırda yalnızca siçanlar üzərində sınaqdan keçirilib.

Optogenetikanın inkişafı sayəsində alimlər siçanların qorxusuz ətrafda gəzmələrinə və yaxud heç bir səbəb olmadan qorxudan qəfəsin kənarına qısılmalarına nail olmuşlar.

Stenford universitetindən olan alimlər beyinin emosiyalara cavabdeh olan hissəsində maraqlı siqnal mexanizmini aşkar etmişlər.

Karl Deysserotun rəhbərliyi altında tədqiqatçılar genetik cəhətdən modifikasiyalı gəmiricilər yaratmışlar. Alimlər gəmiricilərin beyinlərinə xüsusi fiber-optik işıq yeridirlər və bunun köməkliyi ilə sübut edirlər ki, beyinin emosiyalara cavabdeh olan hissəsinə işıq impulsları ilə təsir etdikdə gəmiricilərin davranışları dəyişir.

Beyinin digər hissələrinə impulsların təsiri heyvanların davranışlarında əhəmiyyətli davranış dəyişikliklərinə səbəb olmadı. Bu da öz növbəsində bir daha sübut edir ki, beyinin emosiyalara cavab verən hissəsi tək heyvanların deyil, həm də insanların davranışlarında müstəsna rola sahibdir.

Son xəbərlər
Digər xəbərlər