Britaniyanın siyasi xadimi Uinston Çörçill deyib: “Uğur – nöqtə deyil, uğursuzluq – hələ son deyil. Əhəmiyyət kəsb edən yeganə şey isə irəli hərəkət etməyə davam etmək mərdliyidir.
Arzusunda olduğunuz məqsədə, uğura aparan yolda rastlaşdığınız qorxuların öhdəsindən gəlmək çox vacibdir.
Banker.az bizi məqsədimizdən döndərən üç əsas qorxunun hansılar olduğu ilə tanış olmağa və onlara təslim olmamağa çağırır:
-
Naməlumluq qarşısında duyulan qorxu
Beyin rahatlıq zonamızdan çıxmağa icazə verməyərək, bir növ bizi təhlükədən qoruyur. Məhz buna görə də şüuraltı olaraq naməlum olan hər şeydən qorxur və ona qarşı müqavimət göstəririk. Lakin heç kəs eyni yerdə oturaraq və heç də etməyərək uğura nail ola bilməz. Bunun üçün hərəkətə keçmək lazımdır. Tapdanmış cığır ilə getməyin. Eyni yerdə tərpənmədən dayanmaq təhlükəlidir, irəliyə doğru hərəkət etmək və hər hansı yeni bir şey ilə qarşılaşmaq isə maraqlıdır. Həyatın sizə təklif etdiklərindən yararlanın. Bu sizə yeni üfüqlər qazandıracaq.
-
Uğursuzluq qorxusu
Bu insanların olduqları yerdən tərpənməməsinin əsas səbəblərindən biridir. Yolda artıq sahib olduğumuzu itirməkdən qorxuruq. Özümüzə bizi dayandıran “Əgər birdən…?” sualını veririk. Birdən onun kimi olmağı bacarmasam? Cəhdim uğursuz alınsa necə? Birdən hər şeyimi itirsəm bəs necə?
Uğursuzluq – uğura aparan pilləkanın növbəti bir pilləsidir. Və böyük ehtimalla bu pillədən yan keçə bilməyəcəksiniz. Yox əgər sonsuz sayda imkanları əldən versəniz, hər zaman olmağı arzuladığınız həmin şəxs ola bilməyəcəksiniz. Bu səbəbdən də onları öhdəlik kimi deyil, yeni bilik və təcrübə əldə etmək şansı kimi qəbul edin.
-
Uğur qorxusu
Bu nə qədər qəribə səslənsə də, bəzi insanlar məhz bundan qorxur. Bəzən hər hansı bir tapşırığı həll etmək iqtidarında olduğumuzu bilsək də, yenə də bunu etmirik. Bütün bunlar isə ona görədir ki, digər insanların bizim uğurumuz barəsində olan təsəvvürləri bizə təzyiq edir. Ailə və yaxud dostlar bizdən müəyyən davranış və nəticələr gözləyir ki, buna görə də, onların etibarını boşa çıxarmaq qorxusu ilə üzləşirik. Bir çoxları hətta uğura layiq olmadıqlarına əmindirlər və buna görə də, ondan qorxurlar.
Ətrafdakı insanların təzyiqi barədə düşünməyin və diqqət mərkəzində olmaqdan qorxmayın. Axı, yalnız bu şəkildə qarşınıza qoyduğunuz məqsədlərə nail ola bilərsiniz.