9 C
Baku
Thursday, December 12, 2024

Qorxunun dəyəri

Təsəvvür edin ki, 90 yaşınız var. İsti yatağınızda uzanmısınız və hər an son məqam yetişə bilər. Qocalıqda insanlar bu haqda çox düşünürlər. Demək olar ki, hətta hər gün.

Onlar kimi sevdiklərini, kimlə ünsiyyət qurduqlarını, harada onlara xoş olduqlarını xatırlayırlar. Xüsusən də bir zamanlar arzusunda olsalar və xəyalını qursalar da, qorxu səbəbindən həyata keçirmədikləri imkanları xatırlamağa başlayırlar.

Uzanmısınız və qəfil olaraq zaman maşını işə düşür. Siz bu zaman maşınına əyləşirsiniz və o sizi 90 yaşınızdan götürüb indi olduğunuz yaşa gətirir.

Sizə ikinci şans, yəni həyata keçirə bilmədiyiniz imkanlara yenidən cəhd etmək şansı verilir. Sizin həqiqətən faydalı və maraqlı nələrsə etmək imkanı verilib. Çünki artıq bilirsiniz ki, qorxu səbəbindən bunları etməsəniz qocalıqda həyatınız darıxdırıcı və maraqsız olacaq.

Bu elementar riyaziyyatdır: bir zaman hər birimizin bu həyatdan gedəcəyi faktını nəzərə aldıqda qorxunun dəyəri sıfıra bərabər olur.

Yadda saxlayın ki, qorxu sizin hesabınıza yaşayır, məhz siz ona mahiyyət qazandırırsınız və əhəmiyyətli edirsiniz.

Əgər hazırda nəyisə həqiqətən edə bilirsinizsə, edin!

Əgər hazırda kiməsə deyiləcək həqiqətən dəyərli sözünüz varsa, deyin!

Hazırda sahib olduğunuzu qiymətləndirin…

Son xəbərlər
Digər xəbərlər