22 C
Baku
Thursday, August 11, 2022

QR kodlarla gələn gizli təhlükə – Şəxsi bank hesabınız oğurlanmasına səbəb ola bilər

QR kodlarının istifadəsi və məşhurluğu gün-gündən artır. Pandemiya ilə birlikdə istifadəsi artan QR kodun daşıdığı risklər haqqında isə istifadəçilərin heç bir məlumatı yoxdur.

Banker.az QR kodun daşıdığı 10 riskin siyahısını təqdim edir:

  1. Telefonunuzda yeni bir kontakt siyahısı yarada bilər: Zərərli bir QR kodu, telefonunuzda avtomatik olaraq yeni bir əlaqə siyahısı yarada bilər və cihazda bir sui-istifadəyə səbəb olur.
  2. Harada olduğunuzu aşkar edə bilər: Təhlükəli bir QR kod olduğunuz yer haqqında məlumatı başqalarına ötürə və sizin təhlükəsizliyinizi riskə ata bilər.
  3. Sizin yerinizə başqasına zəng vura bilər: QR kod telefonunuzdan başqa bir telefona zəng edilməsinə səbəb ola bilər.
  4. Uyğun olmayan bir veb sayt aça bilər: Veb brauzerinizə əvvəlcədən təyin olunmuş link göndərə bilən QR kod, sizə uyğun olmayan məlumatlara diqqət yetirməyiniz ilə nəticələnə bilər.
  5. Birinə mesaj yollaya bilər: Əvvəlcədən təyin olunmuş bir alıcıya mətn mesajı göndərə bilən bu kod, göndərmə düyməsini basdığınız an potensial olaraq məlumatlarınızı ifşa edə və ya sizi bir hacker tələsinə sala bilər.
  6. Elektron məktub yaza bilər: Zərərli QR kodu bir e-poçt layihəsi yarada, alıcı və mövzu sətirlərini doldura və göndərmə düyməsini basdığınız an, bu sizi bir fişinq hücumuna məruz qoya bilər.
  7. Bir təqvim planı yarada bilər: Təqviminizdə hər hansı bir fəaliyyət planı yaratmaq istəyən hackerlər QR kodu vasitəsilə təqvim proqramınıza müdaxilə edə bilərlər.
  8. Fərqli sosial şəbəkə istifadəçilərini izləyə bilər: Əvvəlcədən təyin olunmuş şəxsi izləməyinizə səbəb ola bilən QR kod, sizin məlumatlarınızı asanlıqla başqasına ötürə bilər.
  9. Ödəniş edə bilər: Bir neçə saniyə ərzində ödəniş edə bilən zərərli QR kodu, şəxsi bank hesabınızın məlumat sənədlərinin oğurlanmasına səbəb ola bilər.
  10. Sizi Wi-Fi şəbəkəsinə əlavə edə bilər: Bəzi QR kodlarında avtomatik şəbəkə bağlantısı və doğrulama üçün şəxsi məlumatlar istəyir. Bu, seçimlər siyahınıza zərərli və ya təhlükəli bir şəbəkə daxil etməyinizə səbəb ola bilər.
Son xəbərlər
Oxşar xəbərlər