QR kodlarının istifadəsi və məşhurluğu gün-gündən artır. Pandemiya ilə birlikdə istifadəsi artan QR kodun daşıdığı risklər haqqında isə istifadəçilərin heç bir məlumatı yoxdur.
Banker.az QR kodun daşıdığı 10 riskin siyahısını təqdim edir:
- Telefonunuzda yeni bir kontakt siyahısı yarada bilər: Zərərli bir QR kodu, telefonunuzda avtomatik olaraq yeni bir əlaqə siyahısı yarada bilər və cihazda bir sui-istifadəyə səbəb olur.
- Harada olduğunuzu aşkar edə bilər: Təhlükəli bir QR kod olduğunuz yer haqqında məlumatı başqalarına ötürə və sizin təhlükəsizliyinizi riskə ata bilər.
- Sizin yerinizə başqasına zəng vura bilər: QR kod telefonunuzdan başqa bir telefona zəng edilməsinə səbəb ola bilər.
- Uyğun olmayan bir veb sayt aça bilər: Veb brauzerinizə əvvəlcədən təyin olunmuş link göndərə bilən QR kod, sizə uyğun olmayan məlumatlara diqqət yetirməyiniz ilə nəticələnə bilər.
- Birinə mesaj yollaya bilər: Əvvəlcədən təyin olunmuş bir alıcıya mətn mesajı göndərə bilən bu kod, göndərmə düyməsini basdığınız an potensial olaraq məlumatlarınızı ifşa edə və ya sizi bir hacker tələsinə sala bilər.
- Elektron məktub yaza bilər: Zərərli QR kodu bir e-poçt layihəsi yarada, alıcı və mövzu sətirlərini doldura və göndərmə düyməsini basdığınız an, bu sizi bir fişinq hücumuna məruz qoya bilər.
- Bir təqvim planı yarada bilər: Təqviminizdə hər hansı bir fəaliyyət planı yaratmaq istəyən hackerlər QR kodu vasitəsilə təqvim proqramınıza müdaxilə edə bilərlər.
- Fərqli sosial şəbəkə istifadəçilərini izləyə bilər: Əvvəlcədən təyin olunmuş şəxsi izləməyinizə səbəb ola bilən QR kod, sizin məlumatlarınızı asanlıqla başqasına ötürə bilər.
- Ödəniş edə bilər: Bir neçə saniyə ərzində ödəniş edə bilən zərərli QR kodu, şəxsi bank hesabınızın məlumat sənədlərinin oğurlanmasına səbəb ola bilər.
- Sizi Wi-Fi şəbəkəsinə əlavə edə bilər: Bəzi QR kodlarında avtomatik şəbəkə bağlantısı və doğrulama üçün şəxsi məlumatlar istəyir. Bu, seçimlər siyahınıza zərərli və ya təhlükəli bir şəbəkə daxil etməyinizə səbəb ola bilər.