Qrenlandiya əhalisi razılaşsa, ada 10 trilyona ABŞ-a satılacaq

0

Danimarkanın kral ailəsi ABŞ-ın bu ölkəyə məxsus Qrenlandiya adasını alması ideyasına fikir bildirib.

Bu barədə Report agentliyi “Newsweek” nəşrinə istinadən xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Mən Qrenlandiyanı sevirəm və istəyirəm ki, onun xalqı xoşbəxt olsun. Onların özləri üçün ən yaxşı hesab edəcəkləri variantı dəstəkləmək lazımdır”, – deyə şahzadə Mario Maks Şaumburq-Lippe bildirib.

Daha əvvəl Birləşmiş Ştatların prezidenti Donald Tramp adanı almaq ideyası haqqında danışıb. Tramp dünyanın ən böyük adasını, Danimarkaya aid olan Qrenlandiyanı almaq ideyası haqqında danışıb.

Qeyd edilir ki, ABŞ-da Qrenlandiyanı 10 trilyon dollar məbləğində qiymətləndiriblər.