Qrenlandiyadan Trampa CAVAB: “Biz biznesə açığıq, amma satılmırıq”

0

“Biz biznesə açığıq, amma satılmırıq”.

“The Quardian” xəbər verir ki, bunu Qrenlandiyanın xarici işlər naziri Ane Lone Bagger ABŞ prezidenti Donald Tramp tərəfindən Danimarkaya bağlı muxtariyyət olan dünyanın ən böyük adasını satın almaq imkanlarına nəzər salmaq barədə köməkçilərinə edilən təklif haqqında “Wall Street Journal”də gedən xəbərə münasibət bildirərkən dilə gətirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edək ki, sentyabrın 2-3-də Danimarkaya rəsmi səfəri olan ABŞ liderinin bu fikri ortaya atması ilə Qrenlandiyaya sahib olmaqla şimal qütbü bölgəsində hərbi mövcudluqlarını artıra bilib-bilməyəcəkləri məsələsi Ağ Evdə müzakirə mövzusu olmuşdu.

Donald Trampın bu sözləri Danimarka inanılmaz zarafat, hətta vaxtsız söylənilən aprelin şit zarafatlarından biri olaraq, Qrenlandiyada isə qorxulu fikir kimi qəbul edilərək mövcud rifah düzənini poza biləcəyi barədə şübhələr belə oyandırıb.