Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
Bu barədə Armen Qriqoryan “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə, görüş iyulun 6-da Ağ Evdə baş tutub.
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, görüşdə regional və qeyri-regional təhlükəsizlik vəziyyəti və problemləri müzakirə olunub.
“Bu kontekstdə mən həmsöhbətimə bir sıra mühüm istiqamətlər üzrə Ermənistan tərəfinin yanaşmalarını təqdim etdim. Biz ikitərəfli maraq doğuran digər məsələlər barədə danışdıq, xüsusilə enerji, iqtisadiyyat və demokratiya çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafını vurğuladıq”, Qriqoryan qeyd edib.