-1 C
Baku
Thursday, February 9, 2023

Qriqoryan: “İlin sonuna qədər müqavilənin imzalanması üçün çalışacağıq”

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi barədə danışıb.

TŞ katibi bu mövzuya keçirdiyi brifinq zamanı toxunub.

“Yaxın vaxtlarda sülh müqaviləsinin Ermənistan tərəfinin əlavə və düzəlişləri ilə redaktə olunmuş mətni Azərbaycana təqdim olunacaq. İlin sonuna qədər müqavilənin imzalana bilməsi üçün çalışacağıq, amma bunun baş verib-verməyəcəyini demək çətindir”, – deyə Qriqoryan bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ermənistan tərəfinə sülh müqaviləsi ilə bağlı təklif etdiyi mətni göndərmişdi.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər
X