Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gözləntilərimizi doğrultmayıb.
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-dən gözləntisi Azərbaycana qarşı hərbi-siyasi yardım əldə etmək olub, lakin bu, alınmayıb.
Qriqoryan, həmçinin qeyd edib ki, KTMT-nin Qazaxıstana qoşun göndərməsi zamanı təşkilatın mexanizmlərinin işləyəcəyi ilə bağlı onda ümidlər yaranıb, lakin artıq bu ümidlər yoxdur.