6 C
Baku
Sunday, December 15, 2024

Qriqoryan: “Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini dəyişməyəcək”

“Rusiyadan Ermənistana idxal olunan təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək”.

Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Hazırda bizdə dəqiq məlumat var ki, təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək. Və əminəm ki, buna görə də tarif dəyişməyəcək”, – o vurğulayıb.

Baş nazirin müavini bildirib ki, “Qazprom Ermənistan” artıq Rusiyanın “Qazprom” şirkəti ilə 2024-cü il üçün müqavilə imzalayıb. Ermənistanla sərhəddə Rusiya təbii qazının qiyməti min kubmetr üçün 165 ABŞ dolları təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər