10 C
Baku
Friday, December 13, 2024

Qriqoryan Rusiya sərhədçilərinin Aİ missiyasını sərhəddə buraxmadığını təsdiqləyib

Rusiya sərhədçiləri Aİ-nin müşahidə missiyasının nümayəndələrini Azərbaycanla hərbi gərginliyin yarandığı Nerkin And kəndinə buraxmırlar.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə jurnalistlərə deyib.

“Həqiqətən belə bir problem var. Bu problemlə bağlı bizə məlumat verilib və bunu Rusiya tərəfinin diqqətinə çatdıracağıq”, – Qriqoryan deyib.

Təhlükəsizlik Şurasının katibi aydınlaşdırıb ki, bu, Ermənistan-Azərbaycan sərhədinin yeganə hissəsidir ki, Rusiya sərhədçiləri Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrini ora qoymurlar.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər