9 C
Baku
Thursday, December 12, 2024

Qriqoryanın ofisi Zəngəzur dəhlizindəki avtomobil yolu ilə bağlı xəbərə münasibət bildirib

Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi Ermənistanın Azərbaycanla Zəngəzur vasitəsilə avtomobil yolunun marşrutu ilə bağlı razılığa gəldiyinə dair yayılan məlumatları şərh etməkdən imtina edib.

“Adı açıqlanmayan mənbələrin verdiyi informasiyalara münasibət bildirməyi düzgün hesab etmirik”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, “İzvestiya” nəşri adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib. Məlumata görə, avtomobil yolu Ermənistan tərəfindən Araz çayı boyunca keçəcək.

“Qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən keçmiş sovet yollarından istifadə olunacaq”, – deyə mənbə söyləyib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər