26 C
Baku
Friday, April 19, 2024

“AS Qrup İnvestment”in Tiflisdə inşa etdiyi kompleksin ərazisində Heydər Əliyevin xatirəsinə 95 ağac əkilib

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə Azərbaycanın Gürcüstandakı səfirliyi “AS Qrup İnvestment” şirkətlər qrupunun Tiflisdə inşa etdiyi “Dirsi” yaşayış kompleksinin ərazisində ağacəkmə aksiyası təşkil edib. Ulu öndərin xatirəsinə simvolik olaraq 95 ədəd ağac əkilib.

Səfir Dursun Həsənovla yanaşı tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Tiflis merinin müavini Sofio Xuntsaria, Marneul meri Teymur Abazov, Bolnisinin vitse-meri Lonqinoz Həsənov, həmçinin başqa idarə və qurumların nümayəndələri, “AS Qrup İnvestment”in baş direktoru Tural Seyidov və Gürcüstanda fəaliyyət göstərən digər iri Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Heydər Əliyevin Azərbaycanın inkişafına, Gürcüstan və Azərbaycanın dost əlaqələrinin daha da gücləməsinə verdiyi əvəzsiz töhvə barədə danışılıb, onun bugün Gürcüstanda da ölkəmizdəki kimi çox sevildiyi qeyd olunub.

“Dirsi” layihəsi Gürcüstandakı Azərbaycan investisiyasının ən parlaq nümunələrindəndir. Tiflisdə Kür çayının sol sahilində yerləşən “Dirsi” yaşayış kompleksi öz böyüklüyünə görə Gürcüstan paytaxtında “şəhər içində şəhər” kimi tanınır.

Son xəbərlər
Digər xəbərlər