8 C
Baku
Friday, March 29, 2024

QS: 2019-cu ildə dünyanın ən yaxşı universitetləri

“Quacquarelli Symonds” agentliyi dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Ekspertlər təhsil müəssisələrini akademik göstəricilərinə, tələbələrin təhsil səviyyəsinə, işəgötürənlərin rəyinə və digər parametrlərə əsasən qiymətləndiriblər.

2019-cu ildə dünyanın ən yaxşı universitetlərinə nəzər salaq.

1. Massaçuseç Texnoloji İnstitutu

Massaçuseç Texnologiya İnstitutu – ABŞ-ın Massaçuseç ştatında, Kembricdə yerləşən universitet və tədqiqat mərkəzidir.

massachutess institute MIT
Massaçuseç Texnoloji İnstitutu

MTİ dünyanın ən prestijli universitetlərinən biri olaraq, robototexnika və süni intellekt sahəsində novatordur. İnstitutun mühəndislik, iqtisadiyyat, fizika, kimya və riyaziyyat sahəsindəki proqramları ildən-ilə seçilir.  

Eyni zamanda, bu təhsil ocağı digər sahələrdə də çox məşhur olmuşdur. Bunlara menecment, iqtisadiyyat, dilçilik, siyasi elmlər və fəlsəfə aiddir.

2. Stenford Universiteti

Stanford universiteti –Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Palo-Alto şəhərinin yaxınlığında yerləşir (San-Fransiskondan 60 km cənubda).

stanford
Harvard Universiteti

Universitetdə hüquq, tibb, texniki, musiqi və digər fakültələr üzrə tədris aparılır.

Onun strukturuna həmçinin bir çox məktəblər də daxildir (Stenford Ali Biznes məktəbi).

Universitet Silikon Vadisində yerləşir. “Hewlett-Packard”, “Electronic Arts”, “Sun Microsystems”, “Nvidia”, “Yahoo!”, “Cisco Systems”, “Silicon Graphics” və “Google” kimi şirkətləri məhz bu universitetin məzunları təsis ediblər.

3. Harvard Universiteti

Harvard Universiteti – ABŞ-da və bütün dünyada ən çox tanınan universitetlərindən biridir. Təhsil müəssisəsi Kembricdə (Boston şəhər aqlomerasiyaya daxildir), Massaçuseç ştatında yerləşir.

harvard university discrimination
Stenford Universiteti

Nobel mükafatı laureatları bu universitetlə həm tələbə, həm müəllim, həm də işçi kimi əlaqəli olublar.

Harvard Universiteti məzunları sırasında milyarderlərin sayına görə ölkədə birinci yeri tutur. Onun kitabxanası ölçülərinə görə ABŞ üzrə birinci, dünya üzrə isə üçüncü yerdədir.

4. Kaliforniya Texnologiya İnstitutu

Kaliforniya Texnologiya İnstitutu – Kaliforniya ştatının Pasadina şəhərində yerləşən tədqiqat universiteti. ABŞ-ın aparıcı təhsil müəssisələrindən biridir, Massaçuseç Texnologiya İnstitutu kimi dəqiq elmlər və mühəndislik üzrə ixtisaslaşır.

California Institute of Technology cover
Kaliforniya Texnologiya İnstitutu

Reaktiv hərəkət laboratoriyası bu universitetə məxsusdur.

Bu institutun 17 məzunu və 18 professoru Nobel mükafatına layiq görülüb.

5. Oksford Universiteti

İngiltərənin Oksford şəhərində yerləşir. Dünyanın ən köhnə ingilisdilli universitetlərindən biridir.

Oksford Universitetində dərslər artıq 1906-cı ildən başlayaraq tədris edilməyə başlayıb. Qeyd etmək lazımdır ki, universitetin yaradılma tarixi məlum deyil.

 

Oksford Böyük Britaniyanın və İrlandiyanın “qədim universitetlər” və Böyük Britaniyanın “Rassel” qrupuna daxildir.

Təhsil ödənişlidir. Oksford Universiteti dünya universitetlərin nüfuzlu reytinqlərində aparıcı mövqe tutur.

6. Kembric Universiteti

Kembric Universiteti –Böyük Britaniyanın ən qədim və böyük universitetlərindən . biridir (Oksford universitetindən sonra ikinci yerdədir).  

Cambridge3 1
Kembric Universiteti

Tələbələrin və aspirantların elmi və akademik fəaliyyəti, universitetin altı “məktəbində” təşkil olunub.

Hər bir “məktəb” bir neçə fakültə, elmi-tədqiqat institutu və laboratoriyadan ibarətdir.

Kembric universitetinin 88 məzunu Nobel mükafatına layiq görülüblər. Bu göstəriciyə üzrə universitet dünya birincisidir.

7. İsveçrə Federal Texnologiya İnstitutu

İsveçrə Federal Texnologiya İnstitutu ölkənin ən iri şəhərlərinin birində – Sürixdə yerləşir. İsveçrənin ən yaxşı texnologiya universiteti sayılır.

İsveçrə Federal Texnologiya İnstitutu 19-cu əsrdə, 1855-ci ildə politexnikum kimi təsis edilmişdir. İlk başlarda burada 6 fakültə fəaliyyət göstərib: arxitektura, vətəndaş inşaatı, maşınqayırma, kimya, meşə sənayesi, təbiət elmləri, ədəbiyyat, sosial və siyasi elmlər və çoxprofilli riyaziyyat.

Son onillikdə universitet dünya reytinqlərində aparıcı mövqe tutur.

İsveçrə Federal Texnologiya İnstitutunun adı 21 Nobel mükafatı laureatının adı ilə bağlıdır.

8. London İmperial Kolleci

London İmperial Kolleci – elm, mühəndislik, tibb və biznes üzrə ixtisaslaşan ali təhsil müəssisəsidir.

İmperial kolleci Qızıl üçbucağa daxildir. Xatırladaq ki, Qızıl üçbucaq – Britaniyanın elit universitetlərinin daxil olduğu qrupdur.

Ənənəvi olaraq ən nüfuzlu təhsil müəssisələrin sıralarına daxil edilir.

9. Çikaqo Universiteti

Çikaqo Universiteti – ABŞ-ın İllinoys ştatında, Çikaqo şəhərində yerləşir. Əsası 1890-cı ildə qoyulmuşdu.

Universitet dünya üzrə elm, cəmiyyət və siyasət sahəsindəki nüfuzu sayəsində tanınır.

Təhsil ocağı özündə kollec, müxtəlif aspiranturaları, komitələri, 6 peşəkar tədris və fasiləsiz təhsil institutunu birləşdirir.

Humanitar və təbiət elmlərindən başqa, universitet öz peşəkar təhsil institutları ilə tanınır. Bunlar sırasına Priçker adına Tibb məktəbi, Buta adına Biznes məktəbi, sosial xidmətlərin idarə edilməsi məktəbi, Harris adına dövlət siyasəti məktəbi daxildir.

10. London Universiteti Kolleci

UCL-də 26 Nobel laureatı təhsil alıb və ya işləyib, onlardan biri Charles K. Kao idi. O, 2009-cu ildə fizika üzrə Nobel mükafatını almışdır.

UCL 10 fakültədən ibarətdir, onların çərçivəsində 100 departament, institut və tədqiqat mərkəzləri fəaliyyət göstərirlər. UCA – bio-tibbi tədqiqatlar mərkəzidir.

Kollecdə 4000-dən çox akademik və elm adamı, 648 professor çalışır.

Hal-hazırda universitetdə Kral cəmiyyətindən 46, Britaniya Elmlər Akademiyasından 55, Tibb Elmləri Akademiyasından 99 tələbə təhsil alır.

Son xəbərlər
Digər xəbərlər