QSS Analytics-in təşkilatçılığı ilə yaradılmış “Data Science Academy” fəaliyyətə başladı

0

Data Science Akademiyada tədris olunacaq Bootcamp sizə tam əhatəli data science kurrikulumu təklif edir. Dünyada yalnız 3 alternativinin mövcud olduğu bu proqram regionun ən geniş data science tədris proqramı olacaq. “Data Science Academy” iştirakçılara işə yerləşdirmə kimi karyera xidmətləri verməklə yanaşı onları geniş data science cəmiyyətinə qoşaraq data scientist olmaq istəyənlərə böyük imkanlar təklif edəcək.

Tədris proqramı


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Tədris proqramı Elektron Hökumətin İnkişafı Mərkəzi, Paşa Bank, Bakcell, Beynəlxalq Bank və Access Bank kimi qurumlarda çalışan mütəxəssislər tərəfindən seçilmiş real biznes və analitika keyzləri əsasında yaradılmışdır. Data Science Bootcamp ilkin səviyyədən peşəkar Data Scientist pilləsinə qədər yüksələ biləcəyiniz, intensiv olaraq təşkil olunmuş 140 saatlıq  proqramı əhatə edir. Bootcamp Data Analitikası, Vizuallaşdırma, Machine Learning, Deep Learning, Artificial İntellegence və Big Data mövzularını əhatə edir. Proqram çərçivəsində ölkənin tanınmış mütəxəssisləri tərəfindən Statistika, Data Analitikası və Data Science metodologiyaları R, Python, Spark, Spark SQL, Spark MLlib, AWS, Hadoop, Mongo DB, MapReduce, Hive, Tenserflow, Tableau, SPSS, SPSS Modeler və digər çox istifadə olunanan vasitələrlə tədris ediləcək. İştirakçılar proqram müddətinin böyük hissəsində real biznes və data layihələri üzərində işləyərək biliklərini tətbiq edəcək və bu müddət ərzində GitHub Data Science Portfoliolarını yarada biləcəklər. 

Karyera dəstəyi

Bootcamp məzunları nəinki yerli şirkətlərdə hətta Facebook, Amazon, Google kimi dünyanın ən qabaqcıl şirkətlərində tələb olunan data science biliklərini mənimsəyə biləcək və proqramdan sonra birbaşa böyük iş imkanları əldə edə biləcəklər.

Akademiyanın karyera xidmətlərinə daxildir:

  • İş axtarma strategiyası üzrə məsləhət
  • CV və Linkedin profilinin hazırlanması
  • GitHub portfoliosunun hazırlanması və nəzərdən keçirilməsi
  • Texniki və davranış əsaslı sınaq müsahibələri
  • Profilinizin işə yönləndirmə üçün CV-Vakansiya bazasına yerləşdirilməsi*

*Data Science Academy bir çox nüfuzlu yerli və qlobal şirkətlərlə əməkdaşlıq əsasında data analitikası mütəxəssisləri təmin edir.

Birə-Bir Mentorla İşləmək
Dərsdən kənar öyrənmə və keyzləri icra etmə vaxtlarında yaranacaq istənilən sualı iştirakçı ilə birə-bir maraqlanacaq mentor cavablandıracaq.

Sertifikatlaşma

Proqram sonunda imtahan nəticələrinə əsasən sizə Participant, Data analyst, Junior Data Scientist, Data Scientist, Associate Data Scientist sertifikatlarından biri təqdim ediləcək.

İştirakçılar:

  • Data analitik və ya data mühəndisi olaraq çalışan mütəxəssislər
  • Karyerasını data istiqamətində dəyişmək istəyən mütəxəssislər
  • Biznes, maliyyə, mühəndislik və elm tutumlu ixtisas məzunları
  • Tələbələr

Müraciət edən şəxslərin bootcampa başlamazdan əvvəl bilik və bacarıqları test ediləcək və uyğun proqrama yönləndiriləcəklər.

Bootcamp-a qoşulmaq üçün dsa.az saytına daxil olmaqla online müraciət formunu dolduraraq ilkin qeydiyyatdan keçə, müraciət və tədris prosesi haqqında yaranmış suallarınızı  isə 051-341-43-40 telefon nömrəsinə və ya info@dsa.az mail adressinə ünvanlaya bilərsiniz.

 

Data ətraflı məlumat üçün: www.datascienceacademy.az