2018-ci ildə Qualcomm şirkəti 3D Sonic Sensor adlı birinci nəsil barmaq izi skanı texnologiyasını təqdim etmişdi. Bu texnologiya barmaq izinin skanı üçün ultrasəs üsulundan istifadə edir. Həmin vaxtdan şirkət mühəndisləri sözügedən texnologiyanı təkmilləşdiriblər və onun yenilənmiş versiyasını təqdim ediblər. Təqdim olunmuş yeni barmaq izi skanı texnologiyası iki dəfə daha sürətli çalışır. Bu barədə 4pda saytı xəbər verib.
Beləliklə ekrana inteqrasiya olunan 3D Sonic Sensor Gen 2 adlı yeni barmaq izi skanı texnologiyası smartfon ekranının 77%-ni əhatə edə bilir. Bu isə öz növbəsində 1.7 dəfə daha çox biometrik məlumatın əldə olunması imkanını yaradır. Mühəndislərin əldə etdikləri ən əsas nailiyyət isə ondan ibarətdir ki, bu yeni texnologiya əvvəlki ilə müqayisədə barmaq izini iki dəfə daha tez skan edir. Qualcomm-un sözlərinə əsasən 3D Sonic Sensor Gen 2 texnologiyasını əldə edəcək ilk smartfonlar artıq bu ilin əvvəlində təqdim olunacaqlar. Heç istisna deyil ki, 14 yanvar tarixində təqdim olunacaq Galaxy S21 seriyasının smartfonları məhz bu barmaq izi skanı texnologiyasını əldə etsinlər.