Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 413 ictimai iaşə obyektində 732 monitorinq keçirib.
Banker.az agentlikdən verilən məlumata əsasən xəbər verir ki, monitorinqlər zamanı Quba rayonu, Küsnətqazma kəndində yerləşən, fiziki şəxs Xamoyev Faiq Ziyadxan oğluna məxsus “Quba Vadi Chalet” mehmanxanasının tərkibində faəliyyət göstərən restoranda qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.