36 C
Baku
Wednesday, August 17, 2022

Qubada qum-çınqıl yataqlarına 2 mln. manata yaxın ziyan vurulub – Cinayət işi açıldı

Quba rayonunun ərazisində yerləşən “Talıbqışlaq” və “Qudyalçay” qum-çınqıl yataqlarında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunsuz hasilat barədə daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırmalarla dövlətə 1 milyon 822 min manat ziyanın dəyməsi müəyyən edilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, faktlarla bağlı Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

 

Son xəbərlər
Oxşar xəbərlər