Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2 tender elan edib.
Banker.az xəbər verir ki, tenderlərdə Quba rayonunda 70 yerlik Uşaq Reabilitasiya Mərkəzinin tikintisi və təchizatı işlərinin satın alınması və Ağcabədi rayonunda 70 yerlik Uşaq Reabilitasiya Mərkəzinin tikintisi və təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
1-ci tenderdə ehtimal olunan qiymət isə 12.657.008 manat, 2-ci tenderdə isə 11 778 756 manatdır.