15 C
Baku
Saturday, April 20, 2024

Qubada yaradılan şirkət FHN-dən 3.8 mln. manatlıq sifariş aldı

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi yumşaq intervallarla bağlı “Şahdağ Təchızat” MMC ilə satınlama müqaviləsi imzalayıb.

Banker.az bildirir ki, buna görə FHN şirkətə 3.8 mln. manat vəsait ödəməli olacaq.

“Şahdağ Təchizat” – 2017-ci ildə təsis edilib və cəmi 10 manat nizamnamə kapitalı var.

Bundan əlavə olaraq Banker.az-a daxil olan məlumata görə şirkətin 6 min manatdan çox vergi borcu var. Şirkət Quba şəhəri, Dəvədabanı, ev 6 ünvanında dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər