17 C
Baku
Monday, May 6, 2024

Qubadlı gömrük postundan 2 milyon vəsait yığılıb, büdcəyə köçürülüb

“Qubadlı inzibati rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postundan yük keçmədiyi və idxal əməliyyatları aparılmadığı üçün məqsəd milyonlarla vəsaitin yığılması deyil.

Bunu Dövlət Gömrük Komitəsində (DGK) gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında Komitə sədri Səfər Mehdiyev deyib.

O, bildirib ki, “Burada əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etmək, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin digər keçid məntəqələrində olduğu kimi nəzarətini həyata keçirməkdir.

Bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi həmin gömrük postundan keçib. Bunların arasında fərdi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var.

Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”, – deyə Səfər Mehdiyev əlavə edib.

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər