27 C
Baku
Saturday, July 27, 2024

Qubadlı Suvarma Sistemləri İdarəsinin rəhbərliyinə təyinat olub

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qubadlı Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Bu vəzifə Əlisalam Mədət oğlu Bayramova həvalə edilib.

O, əvvəllər də sözügedən idarəyə rəhbərlik edib. 2018-ci ildə isə idarə ləğv olunub və bu il noyabrın 14-də yenidən təsis edilib.

Qubadlı Suvarma Sistemləri İdarəsinin balansında 5 200 hektar suvarılan sahə, 998 km uzunluğundan suvarma kanalları, 7 nasos stansiyası, 129 suvarma qurğusu və 1 hidroqovşaq (Həkərəçay HQ) var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər