12 C
Baku
Monday, November 25, 2024

Qubadlıda kəndlərin yenidənqurulması və evlərin tikintisi 51 milyon manata başa gələcək

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Amal Group MMC, Azərinşaatlayihə Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutu, Arxin-M LTD MMC ilə müqavilələr bağlayıb.

Banker.az xəbər verir ki, Amal Group MMC ilə bağlanmış 2 müqavilədə Qubadlı rayonu, Mahruzlu və Zilanlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Bu müqavilələrin məbləği müvafiq olaraq 24 286 451 AZN və 24 159 547 AZN təşkil edir.

Azərinşaatlayihə Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutu ilə olan müqavilə Qubadlı rayonu ,Hal kəndinin yenidənqurulması və inşası məqsədilə layihələndirmə xidmətlərinin satın alınmasıdır. Bu müqavilənin dəyəri 1 094 190 AZN-dir.

Məbləği 1 530 720 AZN olan Arxin-M LTD MMC ilə bağlanan müqavilə Qubadlı rayonu,Həmzəli kəndinin yenidənqurulması və inşası məqsədilə 250 evin layihələndirmə xidmətlərinin satın alınmasından ibarətdir.

 

Son xəbərlər
Digər xəbərlər