“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən bir neçə tikinti və bərpa layihəsi üzrə açıq müsabiqələr elan edilib.
Qubadlı rayonu, Xanlıq kəndində fərdi yaşayış evləri, çoxmənzilli binalar və mühəndis kommunikasiya sistemlərinin tikinti-quraşdırma işləri üçün elan olunan müsabiqənin ehtimal olunan qiyməti 94.807.114 manat təşkil edir.
Həmçinin, eyni kənddə qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri üzrə müsabiqə elan olunub. Bu müsabiqənin ehtimal olunan qiyməti 11.982.596 AZN-dir.
Bundan əlavə, Qubadlı rayonu Zilanlı, Mahruzlu və Xanlıq kəndlərinin yağış və sel sularının idarə olunması layihəsi çərçivəsində tikinti işləri üçün də müsabiqə açılıb. Ehtimal olunan qiyməti 14.945.422 manatdır.






