Qubadlı rayonunun Zilanlı, Mahruzlu və Xanlıq kəndlərində yağış və sel sularının idarə olunması məqsədilə genişmiqyaslı tikinti işləri həyata keçiriləcək.
Banker.az xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi bununla bağlı “Protean Construction” ASC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Qubadlı rayonunun Zilanlı, Mahruzlu və Xanlıq kəndlərində yağış və sel sularının idarə olunması layihəsi çərçivəsində tikinti işləri görüləcək.
Layihənin icrası üçün ayrılan vəsaitin məbləği 11 milyon 575 min manat təşkil edir.







