20 C
Baku
Şənbə, May 28, 2022

Qubernator: Lvov vilayətindən 20 mindən çox insan Ukrayna ordusunun sıralarına qoşulub

Lvov vilayəti müharibə şəraitində Ukraynada hərbi hissələrin formalaşmasında fəal iştirak edir. Artıq 20 mindən çox insan səfərbər edilmiş və Ukrayna ordusunun sıralarına cəlb edilmişdir.

Bunu Ukraynanın Lvov vilayəti Administrasiyasının rəhbəri, qubernator Maksim Kozitskiy bildirib.

“Burada müdafiə zənciri qururuq. Düşməni qarşılamağa və döyüşməyə hazırıq”, – o bildirib.

M. Kozitskiy qeyd edib ki, müharibənin əvvəlindən etibarən Lvov vilayəti humanitar haba çevrilib: “Əsas vəzifəmiz ehtiyacı olan hər kəsə kömək etməkdir. Müharibədən qaçmış insanların burada özlərini təhlükəsizlikdə hiss etmələri üçün əlimizdən gələn hər şeyi edirik. Bu günə 400 mindən çox insan Lvov vilayətində yerləşdirilib. Onları yemək, əşyalar, həmçinin gecələyə biləcəkləri yerlə təmin edirik. Həmçinin, artıq 930 ukraynalı Polşa sərhəddini keçib. Onlara sərhəddə kömək edir, onları isti yer və qida ilə təmin edirik”, – o bildirib.

Qubernator həmçinin qeyd edib ki, bu yaxınlarda Lvov vilayətinin sülhməramlı təhlükəsizlik mərkəzi atəşə tutulub: “Raketlər atılmışdı. Hava hücumundan müdafiə sistemi işə düşdü. Lakin hücum nəticəsində ölən və yaralananlar oldu. Məqsədimiz qalib gəlmək və bütün dünyaya hücuma tab gətirə bildiyimizi göstərməkdir”, – o vurğulayıb.

Lvov vilayətində 180 nəfərin həlak olması haqqında informasiyaya şərh verən Kozitskiy bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Bütün bunlar Rusiya təbliğatının işidir. Rusiya yalan və fırıldaqla döyüşür”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər