4 C
Baku
Tuesday, December 24, 2024

Quliyevin lombard biznesi ilk rübü 2.4 mln. manat üzərində xalis mənfəətlə bitirib

Fərman Quliyevin yeganə səhmdarı olduğu “GL” ASC (Sizin Lombard) 2024-cü ilin birinci yarısında 2 milyon 428 min manat xalis mənfəət əldə etdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, bu barədə lombard şirkətinin yarım illik maliyyə hesabatında qeyd edilir.

Keçən ilin ilk yarısında 2 milyon 196 min manat xalis mənfəət əldə etmişdi.

Cari ilin ilk yarısında lombard şirkətinin gəlirləri illik müqayisədə 6 faiz azalaraq 7 milyon 304 min manata düşüb. Öncəki ildə bu göstərici 7 milyon 813 min manat idi.

Şirkətin xalis mənfəətindən sonra balansındakı bölüşdürülməmiş mənfəət 2 milyon 528 min manatda qalıb. Belə ki, ilin ilk yarısında 3 milyon 105 min manat səhmdar Fərman Quliyevə dividend ödənilib.

Lombard şirkəti artıq 45 milyon 597 min manat aktivə malikdir. Bunun 49 milyon 922 min manatı müştərilərə verilmiş kredit və ya avanslardır.

“GL” ASC Bakı Fond Birjasında aktiv istiqraz emitentidir. Lombard şirkəti demək olar ki, hər rüb manatda olan istiqrazlar buraxır. 1 iyul 2024-cü il tarixinə onun borc öhdəliklərində 23 milyon 961 min manat istiqrazlar, 17 milyon 636 min manat isə müddətli borc öhdəlikləri var.

Son xəbərlər
Digər xəbərlər