13 C
Baku
Friday, November 22, 2024

Qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayı pensiyaları ödənilib

Qulluq stajına görə əlavələr alan pensiyaçıların (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) mart ayı üzrə pensiya ödənişini də başa çatdırılıb.

Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə həmin şəxslərə 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10%-i məbləğində bu ilin əvvəlindən aylıq maddi yardım ödənilməsi nəzərdə tutulub.

Qeyd olunan vətəndaşlara (həmçinin vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və qulluq stajına görə əlavə almaq hüququ olmuş digər şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə) mart ayının pensiyaları maddi yardımla, həmçinin yanvar və fevral aylarının maddi yardımları ilə birgə ödənilib.

Xatırladaq ki, hazırda qulluq stajına görə əlavələr alan pensiyaçıların sayı 100 min nəfərdir. Dövlət başçısının Sərəncamına əsasən, qeyd edilən maddi yardım gələn il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil ediləcək.

Son xəbərlər
Digər xəbərlər