15 C
Baku
Sunday, November 24, 2024

Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Komitənin sədri Musa Quliyev iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını iclas iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri məsələnin aktuallığını nəzərə alaraq, iclasın geniş tərkibdə, parlamentin digər komitələrinin üzvlərinin iştirakı ilə keçirildiyini deyib.

M.Quliyev qanun layihəsini təqdim edərək, ölkədə aparılan sosial islahatların mühüm tərkib hissəsi olan pensiya islahatlarının uğurla davam etdirildiyini qeyd edib. Bildirilib ki, pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, pensiya təyinatı prosesinin sadələşdirilməsi və digər istiqamətlərdə mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirilir, effektiv mexanizmlər formalaşdırılır. Ölkədə vahid indeksasiya metoduna keçid qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyasının daha çox artmasına və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyinin aradan qalxmasına, bütün növ əmək pensiyalarının məbləğinin hər il vahid qaydada indeksləşdirilərək artırılmasına, bu prosesin tamamilə elektronlaşdırılmasına imkan yaradıb.

Komitə sədrinin sözlərinə görə, qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlılığının artmasına xidmət edəcək.

Məsələ ətrafında aparılan müzakirələr zamanı çıxış edən deputatlar qanun layihəsinin mütərəqqi xarakter daşıdığını, ölkə vətəndaşlarının sosial rifahının daha da gücləndirilməsinə, sosial ədalətin qorunmasına xidmət etdiyini söyləyiblər, sənədin pensiya təminatı sahəsində həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Milli Məclisin müxtəlif komitələrini təmsil edən deputatlar, həmçinin bu komitələrin layihə barədə müsbət rəy verdiyini də bildiriblər.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev layihə barədə fikirlərini açıqlayıb. Nazir bildirib ki, sənəddə vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına, sosial ədalət prinsipinin təmin olunmasına, o cümlədən proaktiv təyinatların daha da genişləndirilməsinə, hərbçilərin pensiya təminatının yaxşılaşdırılmasına, pensiya təyinatı zamanı sığorta stajının hesablanmasına, habelə bir səlahiyyət müddəti ilə bağlı sığorta prinsiplərinin gücləndirilməsinə yönəlmiş dəyişikliklər öz əksini tapıb.

Sahil Babayev, həmçinin deputatların qaldırdığı məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıb.

Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər
Digər xəbərlər