Bir dəfə Çin imperatoru öz qasidini Koreya kralının yanına göndərir və tələbini ona çatdırmasını tələb edir. Onun tələbi bundan ibarət idi:
— Xan çayının bütün suyu gəmiyə yüklənməli və Çinə göndərilməli idi.
Kral bütün əyanlarını və vəzirlərini ətrafına toplayaraq Çin imperatoruna layiqli cavab axtarır. Lakin nə qədər düşünsələr də bir nəticəsi olmadı. Belə olduqda baş vəzir Xvan-Xi önə çıxaraq deyir:
—Hökmdar Çin imperatoruna belə bir cavab göndərin: Koreya kralı məmnuniyyətlə Xan çayının bütün suyunu gəmiyə yükləyərək sizə göndərər. Lakin bunun üçün qumdan hazırlanmış dirəklərə ehtiyac var. Koreyada hələ ki, o miqdarda qum yoxdur, Çinin şimalında isə məlum olduğu kimi qum çoxdur. Bizə hündürlüyü min fut olan qum dirəklər hazırlayıb göndərməyi lütf edərsinizmi?
Bu cavabı alan Çin imperatoru bir daha heç vaxt öz qasidini Koreyaya bu cür tələblər ardınca göndərmədi.