20 C
Baku
Sunday, October 26, 2025
Home Maliyyə xəbərləri Bank xəbərləri Qurban bayramında banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qurban bayramında banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

0
Qurban bayramında banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 23 bankın 76 struktur bölməsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 4 bankın 2 filialı və 2 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər:
Əlaqələndirici şəxs: Azər Quluyev
E-mail: [email protected]
Tel: +(994) 51 444 25 32

1-4 sentyabr tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı.
[table id=502 /]