Qurban bayramına görə 4 gün iş olmayacaq – TƏQVİM

Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq. Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədovun “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” imzaladığı qərara əsasən, Azərbaycanda Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, 18, 19, 20, 21 iyul bayram günləri hesab olunacaq.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.