23 C
Baku
Thursday, April 25, 2024

Millidə Qurban Qurbanovun aylıq əmək haqqı nə qədərmiş?

Azərbaycanda bir çox KİV-də yayılan məlumata görə, futbol üzrə Milli komandaməzən baş məşqçisi Qurban Qurbanov Azərbaycan Futbol Federasiyası Assosiyası ilə (AFFA) 6 illik müqavilənin erkən bitməsinə görə təzminatı qəbul etməyib. 

Banker.az bildirir ki, bu barədə açıqlamasında millinin sabiq mətbuat katibi Elman Himayətoğlu məlumat verib. Qurban Qurbanov təzminatdan imtina etdiyi bildirilir.

Məsəllə ilə bağlı AFFA-nın mövqeyini öyrənilib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti Firuz Abdulla unikal.org-a verdiyi açıqlamada imtina ilə bağlı quruma müraciət olunmadığını deyib:

“AFFA-nın bununla bağlı mövqeyi belədir ki, milli komandanın sabiq baş məşqçisi Qurban Qurbanov ona ödənilməli olan təzminatdan imtinası ilə bağlı hələ ki, AFFA-ya rəsmi müraciət etməyib.

Buna görə də qaydalara uyğun olaraq, imtina etmədiyi təqdirdə ona təzminat ödəniləcək. Çünki müqavilə müddəti başa çatmamış xitam verilib”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən həftə baş tutmuş iclasında Qurban Qurbanovla bağlanmış altı illik müqaviləyə xitam verilib.

Ötən həftə milli ilə yolları ayrılan [Qurban Qurbanov] 46 yaşlı baş məşqçi olaraq aylıq 17 min manat maaş alıb. Bu isə illik 204,000 manat deməkdir. Yəni, Qurbanovun AFFA-dan 1 milyon, 20 min manat tələb etməyə tam haqqı var idi. (Yeniçağ adlı mənbə iddia edir)

Xatırladaq ki, AFFA-nın Qurbanovla müqaviləsinin bitməsinin əsas səbəbi son illərdə Milli komandamızın böyük hesablı məğlubiyyəti olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər